308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

Hazırda oxunan: 308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

586983

Bakıda yerləşən 308 nömrəli tam orta məktəb 10 gündür ki, istilik problemi ilə üz-üzədir. Məktəbə istilik verilmədiyi üçün həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti ciddi şəkildə çətinləşib.

Bizim.Media “Sfera.az”a istinadən xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, tədris müəssisəsində yalnız istilik deyil, elektrik enerjisində də fasilələr yaşanır.

İşıqların tez-tez sönüb-yanması dərs prosesinə mənfi təsir göstərir və uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır.

Məsələ ilə bağlı valideynlərə verilən məlumata görə, bir müddət əvvəl məktəbin yaxınlığında qaz xəttində sızıntı qeydə alınıb. Hadisədən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizlik məqsədilə qaz təchizatı dayandırılıb. Daha sonra problem texniki baxımdan aradan qaldırılıb və məktəbdə qaz sisteminin hazır vəziyyətə gətirildiyi bildirilib.

Lakin buna baxmayaraq, Azəriqaz tərəfindən məktəbə hələ də qaz verilmədiyi iddia olunur. Bütün texniki problemlər həll olunsa da, qazın hələ də verilməməsi sinif otaqlarında normal istiliyi təmin etmək mümkün olmur.

Soyuq hava şəraiti xüsusilə 1-ci sinif şagirdləri üçün ciddi çətinlik yaradıb. Valideynlər uşaqların sağlamlığından narahat olduqlarını bildirib, bəzi şagirdlərin isə soyuq səbəbindən ümumiyyətlə dərsə gələ bilmədiyi qeyd olunub.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan problemin tez bir zamanda həll ediləcəyi gözlənilir. Valideynlər isə bildirib ki, tədrisin normal şəraitdə davam etməsi üçün məktəbin istilik və elektrik təchizatı dərhal bərpa olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO