"Finnair" aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Bizim.Media xəbər verir ki, Airbus A350 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sonra sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.
Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.
Bununla yanaşı, "Cargolux Airlines" aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Boeing 747 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.
Bütün tədbirlər müəyyən edilmiş prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:00 / 23.12.2025
İki təyyarə Bakı aeroportuna məcburi ENİŞ ETDİ - FOTO
Hazırda oxunan: İki təyyarə Bakı aeroportuna məcburi ENİŞ ETDİ - FOTO
Hazırda oxunan: İki təyyarə Bakı aeroportuna məcburi ENİŞ ETDİ - FOTO
586949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































