Bir vaxtlar ulduz idi, indi küçələrdə yaşayır – VİDEO

Bir vaxtlar ulduz idi, indi küçələrdə yaşayır – VİDEO

Hazırda oxunan: Bir vaxtlar ulduz idi, indi küçələrdə yaşayır – VİDEO

586947

2000-ci illərdə “Nickelodeon” kanalında yayımlanan “Ned’s Declassified School Survival Guide” serialı ilə məşhurluq qazanan aktyor Teylor Çeyzin hazırda Los-Anceles küçələrində evsiz vəziyyətdə yaşadığı məlum olub.

Bizim.Media xəbər verir ki, hazırda 36 yaşı olan aktyorun düşdüyü ağır durum sosial şəbəkələrdə yayılıb.

Çeyzin bu durumu həm pərəstişkarlarını, həm də keçmiş həmkarlarını dərindən sarsıdıb.

Videonun yayılmasından sonra Çeyzin serialdakı tərəf-müqabili Devon Verkxayzer və Daniel Körtis Li açıqlamalar veriblər. Daniel Körtis Li bildirib ki, videonu ilk dəfə görəndə şok yaşayıb və bir insanın bu vəziyyətə düşməsi onu dərindən sarsıdıb. Devon Verkxayzer isə Çeyzi bu halda görməyin son dərəcə ağır olduğunu qeyd edərək, həyatın sevilən bir insanı bu nöqtəyə gətirməsinin faciəvi olduğunu vurğulayıb.

Qeyd edək ki, bir zamanlar milyonlarla tamaşaçı tərəfindən izlənilən serialda rol alan Teylor Çeyzin yaşadıqları əyləncə dünyasında şöhrətin davamlılığı və aktyorların karyera bitdikdən sonra üzləşdikləri çətinliklər mövzusunu yenidən diqqət mərkəzinə gətirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO