Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Hazırda oxunan: Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

586928

Kövkəb Səfərəliyeva küçəsi 25 ünvanında yerləşən beşmərtəbəli binanın vəziyyəti qənaətbəxş deyil, bina olduqca köhnə və təmirsizdir. Ətrafında yeni, müasir və hündür yaşayış binaları inşa edilsə də, sözügedən tikiliyə toxunulmayıb. Halbuki bu tip binaların istismar müddəti artıq başa çatıb. Üstəlik, şəhərin mərkəzi küçələrindən birində yerləşən bu bina həm təhlükəsizlik, həm də şəhər görünüşü baxımından uyğun hesab edilmir. 

Bəs istismar müddəti bitmiş və şəhər mənzərəsinə xələl gətirən bu beşmərtəbəli bina nə üçün hələ də sökülməyib?

Bizim.Media xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin bina keçmiş tramvay parkının yataqxanası olub:

“Bina Nəsimi rayon İcra hakimiyyətinin balansında deyil, binaya 2 saylı XTMKTB-nin 70 saylı MKİS-i xidmət göstərir.

Hazırda binada məcburi köçkünlər yaşayır. 

Binada yaşayan sakinlərdən 15-ə yaxın ailə bir neçə il əvvəl “Azəryolservis MMC” tərəfindən kompensasiya ödənilərək köçürülüb. Hal-hazırda məcburi köçkünlər üçün Bakı şəhərində mənzillərin tikilməsi nəzərdə tutulmadığından azad olunmuş ərazilərdə yaşayış məntəqələri tikildikcə mərhələli şəkildə həmin sakinlərin ora köçürülməsi nəzərdə tutulub. Bütün bunlara baxmayaraq, binanın əsas küçə tərəfindən qarşısına təhlükəsizlik hasarı tərəfimizdən quraşdırılıb”.

İcradan qeyd edilib ki, bina şəhərin ümumi estetik görünüşunə xələl gətirdiyi üçün aidiyyəti qurumlar bununla bağlı məlumatlandırılıb.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO