Səhiyyə nazirinin müavinləri kollektivə təqdim olundu - FOTO

Səhiyyə nazirinin müavinləri kollektivə təqdim olundu - FOTO

Hazırda oxunan: Səhiyyə nazirinin müavinləri kollektivə təqdim olundu - FOTO

58691

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyevin 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamlarına əsasən, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.

Səhiyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata  görə, bu gün səhiyyə naziri Teymur Musayev yeni təyin olunmuş nazir müavinlərini kollektivə təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni təyin edilən səhiyyə nazirinin müavinləri kimlərdir? – DOSYE


“İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov bir sıra məsul vəzifələrdə fəaliyyət göstərərək, bu sahədə təcrübə və idarəçilik bacarığına malik olduqlarını göstəriblər. Əminəm ki, onlar bu yüksək etimadı doğruldacaq və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklər”, - deyə T.Musayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO