Qayınanasının ölümünü bilib gizlətməkdə təqsirləndirilən qadın azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, 3 il azadlıqdan məhrum edilən Əfsanə Cəfərova bu Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.
O, cəzasının çəkilməmiş 10 ayından azad edilib.
MÖVZU İLƏ BAĞLI:
Xoşqədəmin verilişində qaynanasını öldürdüyünü etiraf edən gəlin saxlanıldı - VİDEO
Qeyd edək ki, 2020-ci ilin fevral ayının 23-də 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın meyiti Ağcabədi şəhərində yerləşən evinin həyətində aşkar olunub. Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq İdarəsinə həvalə edilib.
İstintaqla müəyyən edilib ki, Yevlax rayonunun Bəydili kənd sakini, 1992-ci il təvəllüdlü Seymur Elxan oğlu Cəfərov 2020-ci il fevralın 22-də, gecə saat 1 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olub. Bundan Əfsanənin qayınanası Faxrəndə İbrahimova xəbər tutub. Münasibətlərinin ifşa olunacağından qorxan S.Cəfərov F.İbrahimovanı yastıqla boğaraq öldürüb.
S.Cəfərov 2022-ci il fevralın 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Əfsanə Cəfərova 2022-ci il fevralın 1-də ARB televiziya kanalının "Səni axtarıram" adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi. (Mənbə: Oxu.az)
Bizim.Media


































































































