87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Hazırda oxunan: 87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

586659

Baku TV Şamaxı rayonunun Mirikənd kəndində yaşayan ən yaşlı sakinlərdən biri - 87 yaşlı Camal Beydiyevanın evində qonaq olub.

Bizim.Media xəbər verir ki, uzunömürlülüyü ilə seçilən Camal nənə həyat fəlsəfəsini və sağlam yaşamağın sirrini bölüşüb.

Onun sözlərinə görə, ailəsi kifayət qədər böyükdür: 14 nəvəsi, 17 nəticəsi var. Yaşına baxmayaraq, Camal nənə hələ də gündəlik həyatında aktivliyini qoruyub saxlayır.

"Övladlarımın dişləri tökülüb, mənim dişlərim isə hələ də yerindədir. Bunun əsas səbəbi daim hərəkətdə olmağımdır. Mən heç vaxt boş dayanmağı sevmirəm. İşsiz qalanda darıxıram. Evdə uşaqlar deyir ki, otur dincəl, amma mən razı olmuram. Hərəkət etməyəndə dincələ bilmirəm", - deyə Camal nənə bildirib.

O hesab edir ki, uzun və sağlam ömür sürməyin əsas şərti zəhmətkeşlikdir:

"İnsan gərək zirək olsun, tənbəllik etməsin, yeyib yatmaqla yaşamasın, başqasına ümid bağlamasın. Zəhmətkeş olsan, Allah da səni yaşadar. Mənə də elə zəhmətimə görə uzun ömür verib".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO