Oğuzda mikroavtobus qəzasıda ölən şəxsin kimliyi BİLİNDİ - VİDEO

Oğuzda mikroavtobus qəzasıda ölən şəxsin kimliyi BİLİNDİ - VİDEO

Hazırda oxunan: Oğuzda mikroavtobus qəzasıda ölən şəxsin kimliyi BİLİNDİ - VİDEO

586614

Xəbər verdiyimiz kimi axşam saatlarında Oğuz rayon ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə nəticəsində bir neçə nəfər də xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO