Aşıq Alının “Nə qaldı” kitabı “ikinci dəfə ÇAP OLUNDU

Aşıq Alının “Nə qaldı” kitabı “ikinci dəfə ÇAP OLUNDU

Hazırda oxunan: Aşıq Alının “Nə qaldı” kitabı “ikinci dəfə ÇAP OLUNDU

586609

Görkəmli el sənətkarı Aşıq Alının “Nə qaldı” kitabı “Qanun” nəşriyyatında ikinci dəfə çap olub.

Bizim.Media xəbər verir ki, yeni nəşr olan kitab AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görüb.

2020-ci il nəşrindən fərqli olaraq tərtibçi ustadın yeni kitabına müxtəlif mənbələrdən əldə edilmiş 1 müxəmməs, 4 təcnis, 1 cinas gəraylı və 3 qoşmasını əlavə edib. Ümumiyyətlə, təkmilləşdirilmiş ikinci nəşrdə el arasında təcnis Alı kimi tanınan sənətkarın qələminə məxsus 309 şeir toplanıb. Kitab İlham Qəhrəmanın “Könül işi” adlı ön sözü ilə açılır. Oxucular ikinci nəşrdə, həmçinin Aşıq Alıya məxsus qıfılbənd bayatılar və təsniflərlə də tanış olacaqlar.

Nəşrdəki mətnlər aşıq şeirinin formasına uyğun ardıcıllıqla düzülməklə 15 bölmədə yer alıb.

Əldə edilən mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirib, cinasları yenidən əslinə uyğun qurub şərh edib. Bundan başqa, oxucuya əlçatan olsun deyə kitabın sonunda “Sözlük” və “Lüğət” verilib. Bu kitabla Aşıq Alı irsi ilk dəfədir ki oxuculara tam şəkildə çatdırılır. Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabı İlham Qəhrəman tərtib edib. Nəşrin redaktoru Əsəd Cahangir, rəyçisi aşığın nəslindən olan şair Telman Hüseyn, məsləhətçiləri Məhərrəm Qasımlı və Aşıq Nəbi Nağıyevdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO