Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi qazisi olan 1987-ci il təvəllüdlü Aslan Yevgeni oğlu Zeynalovun yas mərasimində Gəncə şəhəri Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, mərhumun döyüş yoldaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aslan Zeynalov Gəncə şəhər Şəhidlər xiyabanı kompleksindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, mərhum 1992-ci ildə Birinci Qarabağ müharibəsində itkin düşən Yevgeni Zeynalovun oğludur. Ailə üzvlərini itirən Aslan Zeynalovun bir övladı yadigar qalıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
06:16 / 21.12.2025
Vətən müharibəsi iştirakçısı 38 yaşında vəfat etdi
Hazırda oxunan: Vətən müharibəsi iştirakçısı 38 yaşında vəfat etdi
Hazırda oxunan: Vətən müharibəsi iştirakçısı 38 yaşında vəfat etdi
586603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































