Nəzir qutularına yığılan ianələrin hesabatı AÇIQLANACAQMI? – Rəsmi CAVAB

Nəzir qutularına yığılan ianələrin hesabatı AÇIQLANACAQMI? – Rəsmi CAVAB

Hazırda oxunan: Nəzir qutularına yığılan ianələrin hesabatı AÇIQLANACAQMI? – Rəsmi CAVAB

58659

Azərbaycanda fəaliyyət göstərən məscidlərdəki nəzir qutularına yığılan ianələrin hesabatı məsələsi gündəmə gəlib. İllərdir nə toplanan ianələr barədə hesabat verilir, nə təyinatı üzrə hara sərf olunduğu deyilir. 

Məsələ burasındadır ki, Qafqaz Müsəlmanları İdarəsi bu günə qədər  balansında olan yüzlərlə məscidin nəzir qutularına yığılan ianələr haqda maliyyə hesabatı verməyib.

Üstəlik bu qurum tərəfindən hansısa ağır xəstənin müalicəsinin, əməliyyatının qarşılanması, yaxud tələbənin təhsil xərclərinin ödənilməsi, qazi və şəhid ailələrinə dəstək olunması, kimsəsiz və tənha insanlara yardım edilməsi faktına rast gəlinməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Nəzir qutuları CİBLƏRƏ, bəs ONLAYN NƏZİRLƏR hara gedəcək? 


Vaxtilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev təkcə Bibiheybət məscidinə aylıq 400 min manat nəzir yığıldığını söyləmişdi. Amma bu məsələnin də üstünə düşülmədi və hesabatı aparılmadı. Halbuki bu məbləğ aylıq yarım milyon deməkdir. 

Artıq ianə və nəzirlərin onlayn formada karta köçürülməsi ilə bağlı qərar verildi. Hansı ki, bu yığıma birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edəcək. 

Bəs, hesabatlılıq məsələsi necə tənzimlənəcək?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyeva Bizim.Media-ya bildirib ki, onlayn nəzirlə bağlı qanun imzalanandan sonra, bütün məqamlar şərh ediləcək. 

Əvvəlki ianələrin hesabatlılıq məsələsinə gəlincə, Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Rəhimə Dadaşova çoxsaylı telefon zənglərimizi cavabsız qoyub.

QMİ-nin sədr müavini, Bakı İslam Universitetinin (BİU) dekanı Hacı Fuad Nurullayev isə sorğumuzu cavablandırmaq istəməyib. O, sözügedən məsələ ilə bağlı mətbuat katibinin cavab verməli olduğunu xatırladaraq yenidən bizi Qəmər Cavadlıya yönləndirib. Gün ərzində isə qurumdan hər hansı rəsmi cavab almaq mümkün olmayıb. 

İlahiyyatçı Tural İrfan saytımıza açıqlamasında sözügedən prosesin qanunla tənzimlənməli olduğunu xüsusilə vurğulayıb:

“Dinin dövlətdən ayrı olması o demək deyil ki, bütün din adamları, pirlər, ocaqlar özbaşına buraxılmalıdır. Ümid edirik ki, yəni qəbul edilmiş qanunlara müvafiq olaraq bu boşluqlar doldurularaq nizamlanacaq, mənimsəmə halları aradan qalxacaq.

Qeyd edim ki, əksər məscidlərə toplanan ianə və nəzirlər heç o ibadət ocağının kommunal xərclərini ödəmir. Yəni məscidlərdə elə də çox nəzir yığılmır.


Yeganə olaraq Məhərrəm ayında, Aşura günündə bir qədər bu məbləğ çox ola bilər. Bu gün əksər məscidlərdə qazın, elektrikin, suyun kəsildiyini müşahidə edirik. Çünki aylıq ödənişlər gecikdiyi üçün gəlib kəsirlər. Hesabat da məscid icması tərəfindən aparılır. Dövlət qurumlarının bu işə müdaxiləsi indən belə tənzimlənməlidir”.

Alçina Amilqızı, Bizim,Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO