“Yeni il” süfrələrinin əvəzolunmazı olan salatlar uzun illərdən gələn ənənədir və onilliklərdir bizimlədir. “Paytaxt” salatı, “Mimoza”, “Vineqret” və ya “Şuba altında siyənək”siz Yeni ili təsəvvür etmək çətindir. Amma bu salatlardan elə Yeni il gecəsində də zəhərlənmək qaçılmazdır.
Bəs 2026-cı ili qarşılayarkən süfrəmizi bəzəyən salatları və öz sağlamlığınızı necə qorumaq olar?
Bizim.Media bayram salatlarının saxlanma qaydalarını təqdim edir:
Bayram salatları ilə təhlükəsiz davranmaq üçün bir sıra qaydalara əməl etmək lazımdır. Salatı yalnız süfrəyə verilərkən sousla (mayonez və s.) qarışdırın. Souslu salatı uzun müddət saxlamaq olmaz, çünki onlar çox tez xarab olur;
Soussuz, doğranmış hazır salatı otaq temperaturunda uzun müddət saxlamaq olmaz, hazırlayan kimi onu soyuducuya qoymaq lazımdır;
Salatı tez və düzgün soyudun: qapaqla örtün, sonra soyuducuya qoyun. Temperatur +2°C – +6°C olmalıdır;
Heç vaxt köhnə salat olan qaba yeni porsiya əlavə etməyin;
Qabları işarələyin: hazırlanma tarixini və saatını yazın ki, istifadə müddətini unutmayasınız.
Salat süfrədədirsə, deməli otaq temperaturundadır. Bu şəraitdə onu 2 saatdan artıq saxlamaq olmaz. Hətta daha yaxşısı salat soyuyan kimi dərhal soyuducuya qoymaqdır. Adətən bu, təxminən 1–1,5 saat çəkir. Salat açıq halda süfrədə qalsa, 120 dəqiqədən sonra onun içində zərərli mikroorqanizmlər çoxalmağa başlayır.
Soyuducuda salatların saxlanma müddəti daha uzun olur.Hansı salatın nə qədər müddət saxlanıla biləcəyini təqdim edirik:
Olivye(paytaxt), şuba altında siyənək, qaynadılmış tərəvəzlərdən vineqret, “Sezar” — soussuz halda 18 saata qədər.
Krab salatı və ya krevetli salatlar — soussuz 12 saata qədər.
“Mimoza” — soussuz 8 saata qədər.
Marinad edilmiş və ya turşu tərəvəzlərdən hazırlanan salatlar — 36 saata qədər.
Salatlarının saxlanma qaydalarına ciddi əməl etsəniz, bayram axşamı və ya sonra heç bir problem yaranmaz.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:05 / 20.12.2025
“Yeni il” süfrələrinin bəzəyi olan SALATLAR: Düzgün hazırlanma və saxlanma qaydaları
Hazırda oxunan: “Yeni il” süfrələrinin bəzəyi olan SALATLAR: Düzgün hazırlanma və saxlanma qaydaları
Hazırda oxunan: “Yeni il” süfrələrinin bəzəyi olan SALATLAR: Düzgün hazırlanma və saxlanma qaydaları
586581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































