Liflə zəngin qidalarda iştahı kəsən birləşmə aşkar edildi - TƏDQİQAT

Liflə zəngin qidalarda iştahı kəsən birləşmə aşkar edildi - TƏDQİQAT

Hazırda oxunan: Liflə zəngin qidalarda iştahı kəsən birləşmə aşkar edildi - TƏDQİQAT

586572

Lif (kletçatka) heyrətamiz xüsusiyyətlərə malikdir. Onun parçalanma məhsullarından biri beyinə düşərək aclıq hissini nəzarətdə saxlamağa kömək edir. Üstəlik, bu zaman mədə-bağırsaq traktında “aclıq hormonlarının” səviyyəsi dəyişməyə də bilər.

Bizim.Media xəbər verir ki, bu fakt London İmperial Kollecindən Qari Frostun kəşfinə əsasən, siçanlar üzərində aparılan təcrübə ilə sübut edilib.

Məlum olub ki, yağlı qidalarla qidalanan gəmiricilər yeməyə lif əlavə edildikdə çəkini o qədər də tez almırlar. Tədqiqatçı lifin parçalanması zamanı bağırsaqlarda əmələ gələn ən geniş yayılmış yağ turşusu olan “asetatin” orqanizmdə necə hərəkət etdiyini göstərən skanerdən istifadə edib.

Hesab olunurdu ki, bu cür yağ turşuları qaraciyərdə metabolizə olunur. Lakin araşdırma göstərib ki, asetat beyinə daxil olur və aclığı tənzimləyən zona olan hipotalamusda toplanır. Asetat birbaşa gəmiricilərin beyninə yeridildikdə də iştaha azalırdı.

Əgər asetat insan orqanizmində də oxşar şəkildə təsir göstərərsə, lif piylənməyə qarşı universal vasitəyə çevrilə bilər. Ancaq Frostun sözlərinə görə, lif qəbulunun artırılması effektin mütləq güclənəcəyinə zəmanət vermir. Səbəbi isə insanın çox böyük miqdarda lif qəbul etməli olmasıdır.

Daha perspektivli variant asetat əsasında preparatın hazırlanması və ya bağırsaqlarda sərbəst buraxılan yağ turşusunun faizini artırmaq məqsədilə lifin özünün dəyişdirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO