Bakıda III Təhsil Menecerləri Forumu keçirildi - FOTO/VİDEO

Bakıda III Təhsil Menecerləri Forumu keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda III Təhsil Menecerləri Forumu keçirildi - FOTO/VİDEO

586565

Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumun açılışında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, forumun layihə rəhbəri Şəmil Sadiq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Milli Məclisin deputatı Mehriban Vəliyeva bildiriblər ki, davamlı səciyyə daşıyaraq diqqətləri özünə cəlb edən təhsil menecerləri forumları ölkəmizin elm-təhsil həyatında əlamətdar hadisədir.
 

Vurğulanıb ki, təhsildə innovasiya, rəqəmsallaşma və effektiv idarəetmə modellərinin əsas istiqamət kimi götürüldüyü forum təhsil sahəsinin liderlərini bir araya gətirərək yerli və xarici ekspertlərin ən aktual trendlər və innovativ yanaşmalar barədə çıxışlarını təqdim etdiyi mühüm platformadır. Davamlı islahatlara ehtiyac duyan təhsil sektorunun problem və perspektivlərinin belə forumlarda müzakirə edilməsi inkişaf üzrə yol xəritələrinin dəqiq konturlarının müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır.


Bildirilib ki, rəqəmsallaşma, süni intellektin təhsildə tətbiqi günümüzün reallığıdır və texnologiya artıq təhsilin köməkçi sahəsi deyil, müasir təhsil modelinin özüdür. Artıq texnologiya dövründə təhsil məkanla deyil, düşüncə ilə ölçülür, inteqrasiya olunmuş texnologiyalarla zəngin təhsil mühiti yartmaq imkanları genişlənir.

Çıxışlardan sonra Eduventos onlayn təhsil platformasının təqdimatı olub.

Forum çərçivəsidə “Effektiv təhsil idarəçiliyi: müasir məktəb rəhbərliyinin çağırışları və imkanları”, “Təhsildə maliyyə dayanıqlılığı və büdcənin effektiv idarə olunması”, “Təhsildə süni intellekt: imkanlar və gələcək perspektivlər” mövzularında panellər keçirilib. Panel iştirakçıları arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktik tövsiyyələr verilib.



Təhsil Menecerləri Forumunun əsas təşkilatçısı olan Hədəf Şirkətlər Qrupuna təşəkkür elan edilib. Bildirilib ki, Hədəf Şirkətlər Qrupu artıq 15 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində şirkət milli təhsil brendi kimi formalaşmışdır. Hədəf brendi bu gün STEAM liseyləri, uşaq bağçaları, hazırlıq mərkəzləri, elmi, bədii və uşaq nəşrləri üzrə formalaşmış nəşriyyatlar, texnologiya və konsaltinq şirkətləri, Karyera və inkişaf mərkəzi, Yaradıcılıq mərkəzlərini özündə birləşdirir.

Qeyd edək ki, forum çərçivəsində Təhsil Texnologiyaları Sərgisi də təşkil edilib. Sərgi təhsil sahəsində çalışan mütəxəssislərə ən müasir texnoloji yenilikləri bir arada görmək, təcrübədən keçirmək və innovativ həllərlə tanış olmaq imkanı yaradıb. Yeni nəsil interaktiv tədris texnologiyaları, rəqəmsal təhsil və LMS platformaları,İKT əsaslı idarəetmə və monitorinq sistemləri, məktəblər üçün innovativ proqram və tətbiqlər, robotika, STEAM və VR/AR təhsil mühitləri, smart cihazlar, ölçüləbilən tədris alətləri izləyicilərə təqdim olunub. “Təhsilin gələcəyi ilə tanış olun” devizi ilə açılan sərgi təhsil liderləri üçün texnologiya ilə daha yaxından tanış olmaq, müasir həllər seçmək və yeni əməkdaşlıqlar qurmaq üçün yaxşı fürsətlərdən biri kimi dəyərəndirilir.

Layihənin icraçısı, tarix üzrə fəlsəfə doktoru, dosent Elvin Əliyev Forumda bağlanış nitqi ilə çıxış edib, spikerlərə və iştirakçılara sponsorlar tərəfindən hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Forumun əsas tərəfdaşları MUSİAD Azərbaycan, Türkiyədən Elta Beynəlxalq İmtahan Mərkəzi, Sərçə Akademiyası, Robotzade, e-school, Nano İCT, SinKod, Kiber ONE (Kibervan), Hədəf STARS Campus və Xan Nəşriyyatıdır. Üçüncü Təhsil Menecerləri Forumunun informasiya dəstəkçiləri isə Azərbaycan Dövlət Televiziyası (Aztv), Real TV, Təhsil TV, Bizim Media, Ustad dəsrgisi, Bizim Yol, Media25 və sənət.az platformalarıdır.

Qeyd edək ki, forum “Təhsil tv” ilə canlı yayımlanıb.

Dördüncü Təhsil Menecerləri Forumu 2026-cı ildə keçiriləcək.













Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO