Nasimi rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayon ərazisində yerləşən mağazaların birindən 337 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Salmanov və A. Xələfov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, A.Xələfov digər tanışları V.Nəsirov və S.Hüseynovla da əlbir olaraq daha bir mağaza və kafedən oğurluqlar edib. Nəticədə həmin şəxslər zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurublar. Digər iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:30 / 20.12.2025
Nəsimi rayonunda oğurluq edən 4 nəfər SAXLANILDI
Hazırda oxunan: Nəsimi rayonunda oğurluq edən 4 nəfər SAXLANILDI
Hazırda oxunan: Nəsimi rayonunda oğurluq edən 4 nəfər SAXLANILDI
586564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































