“Dəyirman”ın Anarı bu qurumda yüksək vəzifədə çalışır – FOTO

“Dəyirman”ın Anarı bu qurumda yüksək vəzifədə çalışır – FOTO

Hazırda oxunan: “Dəyirman”ın Anarı bu qurumda yüksək vəzifədə çalışır – FOTO

586523

Məşhur “Dəyirman” qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır.

Bizim.Media xəbər verir ki, bununla bağlı Modern.az məlumat yayıb.

Bildirilib ki, o, 2023-cü ildən “AzerGold” QSC-də müşavir kimi fəaliyyət göstərir.
 

Qeyd olunub ki, “Dəyirman” qrupu dağıldıqdan sonra A. Abdullayev karyerasını musiqi sahəsində davam etdirməyib. Keçmiş reper Azərbaycan Dövlət Neft və Sənayə Universitetində “Neft-qaz mühəndisi” ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində MBA proqramı üzrə magistr təhsili alıb.


O, ali təhsil aldığı ixtisas üzrə bir müddət xaricdə çalışıb. Azərbaycana qayıdandan sonra isə 2011-2023-cü illərdə “SOCAR - Integrated drilling” trestində “Ümid”, “Bulla-dəniz” qazma istehsalat idarəsinin rəhbəri, qazma işləri üzrə müşavir vəzifələrində çalışıb.

Xatırladaq ki, “Dəyirman” hip-hop qrupu 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərib.
 

Qrup üzvləri Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev olub. “Dəyirman” 1999-cu ildə Azərbaycan musiqi səhnəsində “Ya Qarabağ, ya ölüm” mahnısı ilə uğur qazanıb.


Sözügedən mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi sənədli filmlə remiks olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO