Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların ADLARI AÇIQLANDI

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların ADLARI AÇIQLANDI

Hazırda oxunan: Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların ADLARI AÇIQLANDI

586424

“Bakı şəhərində böyük tibb müəssisələrinə müraciətlərin sayı həddindən artıq çoxdur. Ən çox müraciət olunan tibb müəssisələri - Bakı ətrafında olan Abşeron Rayon Tibb Mərkəzi, Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəzdir. Həmin xəstəxanalara gündəlik müraciət sayı 3000-3500 ətrafındadır. Bu da xəstəxanalarda növbələrin yaranmasına səbəb olur”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirdə jurnalistlərin sualını cavablandırarkən deyib.

İcraçı direktor bununla bağlı ilk hədəflərinin Yeni Klinikanın və Abşeron Tibb Mərkəzinin onlayn randevu sisteminə keçməsi ilə bağlı olduğunu deyib: 
 

"Onlayn randevu pasiyentlərə göstəriləcək tibbi xidmətin komfortunun artırılmasına gətirib çıxaracaq. Gələn ildən etibarən müraciətlərin sayının artmasını gözləyirik. Hər il xəstəxanalarda yeni çeşiddə xidmətlər daxil olur.


Həmçinin gələn ilin əvvəllərində artıq Nərimanov Tibb Mərkəzinin də fəaliyyətə başlaması gözlənilir. Bu mərkəz Bakı şəhərində ən unikal xəstəxanalardan biri olacaq. Çox geniş sayda xidmətləri özündə birləşdirəcək. Ümid edirəm ki, bu mərkəz açılandan sonra digər tibb müəssisələrinə müraciətlərin sayı azalacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO