Sığınacaqda yaşayan neçə qadın işlə TƏMİN OLUNUB?

Sığınacaqda yaşayan neçə qadın işlə TƏMİN OLUNUB?

Hazırda oxunan: Sığınacaqda yaşayan neçə qadın işlə TƏMİN OLUNUB?

586420

“Bu il sığınacağımızda yaşayan təxminən 5 qadın işlə təmin olunub”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova qeyd edib. 

O, bildirib ki, qadınlar sığınacaqdan özlərini maddi baxımdan toparladıqdan sonra ayrıla bilərlər:
 

“Peşə reabilitasiyasına göndərdiyimiz qadınlar da var. Şəxs özünü əmək fəaliyyəti baxımından toparlamayana qədər sığınacağı tərk edə bilmir. Buna görə də çalışırıq ki, yalnız yaxın ərazidəki bələdiyyə, icra orqanlarıyla danışaraq işlə təmin etməyə çalışırıq. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il  sığınacağımızdan təxmini 4-5 qadın işlə təmin edilib”. 


Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın günlərdə Bizim.Media-ya verilən məlumatda bildirildi ki, 2025-ci ildə agentlik 64 min 993 qadını işlə təmin edib. 

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO