Vüqar Qurbanov: “Tibb bacılarının evdə iynə vurmasına icazə yoxdur”

Vüqar Qurbanov: “Tibb bacılarının evdə iynə vurmasına icazə yoxdur”

Hazırda oxunan: Vüqar Qurbanov: “Tibb bacılarının evdə iynə vurmasına icazə yoxdur”

586407

“Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur”.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

"Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur.

Tibb bacısının ilkin yardım üçün əlində avadanlıqlar, dərman vasiətələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər. Gələcək planlarda bütün bölgələrdə bu məntəqələri qurmaq planlaşdırılır",-deyə o əlavə edib.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO