BNA Bizim.Media-nın qaldırdığı problemi HƏLL ETDİ – FOTOFAKT 

BNA Bizim.Media-nın qaldırdığı problemi HƏLL ETDİ – FOTOFAKT 

Hazırda oxunan: BNA Bizim.Media-nın qaldırdığı problemi HƏLL ETDİ – FOTOFAKT 

58640

Binəqədi rayonunda yerləşən 179 saylı məktəbin qarşısındakı avtomobil yolunda piyadalar üçün təhlükəli vəziyyətin olduğunu xəbər vermişdik. 

Qeyd olunan ünvanda məktəblilərin təhlükəsizliyi üçün piyada keçidinin və təhlükəsizlik nişanlarının olmadığını, eləcə də işıqforun nasaz olduğunu bildirmişdik.
 

MÖVZU İLƏ BAĞLI:

BNA yenə vədinə ƏMƏL ETMƏDİ - 3 məktəblinin öldüyü yola piyada keçidi niyə SALINMIR? - VİDEO

 


Bakı Nəqliyyat Agentliyi problemin ard-arda iki dəfə Bizim.Media-da ictimailəşməsindən sonra, yəni bu gün ərazidə müvafiq işlərə başlayıb. 

Qurum əməkdaşları 179 saylı məktəbin qarşısında piyadaların təhlükəsiz hərəkəti üçün piyada zolağı çəkiblər. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq BNA sözçüsü Mais Ağayev bildirib və ərazidəki yeniliklə bağlı görüntülər təqdim edib.

Alçina Amilqızı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO