Şəkərli diabet xəstələrinin NƏZƏRİNƏ – Dərman təminatı ilə bağlı TƏBİB sədrindən AÇIQLAMA

Şəkərli diabet xəstələrinin NƏZƏRİNƏ – Dərman təminatı ilə bağlı TƏBİB sədrindən AÇIQLAMA

Hazırda oxunan: Şəkərli diabet xəstələrinin NƏZƏRİNƏ – Dərman təminatı ilə bağlı TƏBİB sədrindən AÇIQLAMA

586377

“Şəkərli diabet xəstəliyi ilə bağlı ölkə üzrə 343 349 nəfər xəstə dispanser qeydiyyatındadır. Vətəndaşlar 26 adda dərman vasitələri (şəkərsalıcı oral hipoqlikemik preparatlar, insulin analoqları və insan insulinləri), qanda şəkərə nəzarət vasitələri, həmçinin 103 nəfər uşaq üçün insulin pompasının məsrəfləri ilə təmin olunurlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. 

O bildirib ki, sözügedən dərman və tibbi ləvazimatlar 64 mərkəzi rayon xəstəxanasının nəzdində fəaliyyət göstərən imtiyazlı aptek məntəqələrinə və Bakı şəhəri üzrə 27 imtiyazlı aptekə paylanır:

“2024-cü ildə ilk dəfə olaraq şəkərli diabetli uşaqlarda xəstəliyin idarə olunmasını və qlikemik nəzarətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə  3-15 yaş arası uşaqlar qanda davamlı qlükoza monitorinq sistemi ilə təchiz olunub və 2025-ci il ərzində davamlı olaraq təminatı həyata keçirilib. Hazırda bu kateqoriyaya aid uşaqların 60%-i (1300 nəfər) cihazla təmin edilib”.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO