Normal doğuşların sayı artıb, qeysəriyyə əməliyyatları KƏSKİN AZALIB – RƏSMİ

Normal doğuşların sayı artıb, qeysəriyyə əməliyyatları KƏSKİN AZALIB – RƏSMİ

Hazırda oxunan: Normal doğuşların sayı artıb, qeysəriyyə əməliyyatları KƏSKİN AZALIB – RƏSMİ

586374

“TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artım deməkdir”.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. 

O qeyd edib ki, bu il qeysəriyyə əməliyyatlarının sayı isə 26 min 285 olub və 2024-cü il ilə müqayisədə 9 faiz azalıb:

“Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3 926 olub və bu da əvvəlki il ilə müqayisədə 6 faiz azalma deməkdir”.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO