DİQQƏT! Masazırın bu ərazilərində 5 saat işıq olmayacaq

DİQQƏT! Masazırın bu ərazilərində 5 saat işıq olmayacaq

Hazırda oxunan: DİQQƏT! Masazırın bu ərazilərində 5 saat işıq olmayacaq

586336

Masazırın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq.
 

Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, “Qurtuluş 93”, “Yeni Bakı”, “Nahid”, “Abşeron Gənclər Şəhərciyi” Mənzil Tikinti Kooperativlərində (MTK) elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO