18 yaşlı gənc qonşusunu öldürdü, arvadını və oğlunu yaraladı - HÖKM OXUNDU

18 yaşlı gənc qonşusunu öldürdü, arvadını və oğlunu yaraladı - HÖKM OXUNDU

Hazırda oxunan: 18 yaşlı gənc qonşusunu öldürdü, arvadını və oğlunu yaraladı - HÖKM OXUNDU

586310

Buzovnada qonşusunu öldürən, arvadı və oğlunu yaralayan İnşallah Hacıyevin cinayət işi üzrə ilk məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm elan edilib və İnşallah Hacıyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
 

Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib. Qəsəbədə yaşayan İnşallah Hacıyev yaranmış mübahisə zamanı qonşuları - 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu, 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib. Qurban Məlikov hadisədən bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.


Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb və ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, İnşallah Hacıyev məlum cinayəti 18 yaşı tamam olmamış törədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO