Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

Hazırda oxunan: Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

586269

Dələduzluq etməkdə təqsirləndirilən Nurəli Məmmədov barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, şikayət qismən təmin edilib. Nurəli Məmmədov barəsində olan 5 il həbs cəzası 3 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənib.
 

Qeyd edək ki, Nurəli Məmmədov cinayət işinə “xitam” veriləcəyi vədi ilə bağlı 150 min manat pul alıb. İş alınmadıqdan sonra Nurəli Məmmədoov zərərçəkmişə 110 min manat qaytarıb. 40 min manatı qaytarmadıqda vətəndaşın şikayəti əsasında Nurəli Məmmədov barəsində cinayət işi açılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.


Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO