Xəbər verdiyimiz kimi, Zaqatala şəhər Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Lətifə Hasilovanın rüşvət alması ilə bağlı iddialar yayılıb.
Bizim.Media xəbər verir ki, mövzuya Şəki-Zaqatala Regional Təhsil İdarəsi münasibət bildirib.
Qurumdan deyilib ki, Hasilova artıq dekabrın 1-dən etibarən işindən azad edilib.
Sabiq müdirin fəaliyyəti dövründə çox sayda vətəndaşı işə düzəltmək adı ilə aldatdığı, onlardan külli miqdarda pul alaraq mənimsədiyi iddia olunur. Şikayətçilərin bildirdiyinə görə, Lətifə Hasilova müxtəlif şəxslərə vədlər versə də, sonda nə onları işlə təmin edib, nə də pullarını geri qaytarıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:39 / 18.12.2025
Rüşvət alan bağça müdiri işdən qovuldu
Hazırda oxunan: Rüşvət alan bağça müdiri işdən qovuldu
Hazırda oxunan: Rüşvət alan bağça müdiri işdən qovuldu
586247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































