Şagirdlərin saqqızdan zəhərlənməsi iddiaları ilə bağlı AÇIQLAMA

Şagirdlərin saqqızdan zəhərlənməsi iddiaları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Şagirdlərin saqqızdan zəhərlənməsi iddiaları ilə bağlı AÇIQLAMA

586226

Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qida Təhlükəsizliyi Agentliyi yayıb.

Bildirilib ki, araşdırma zamanı şagirdlərin marketdən aldıqları “Dirol” əmtəə nişanlı qarpız-yemiş aromatlı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarın ağrısı simptomlarının olduğu bildirilsə də, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozunun təsdiq edilmədiyi məlum olub.

“Agentliyin əməkdaşları tərəfindən ərazidə yerləşən marketdə və 14 saylı tam orta məktəbin yeməkxanasında plandankənar yoxlama keçirilib. Baxış zamanı marketin satış vitrinində və anbarda yararlılıq müddəti bitmiş, saxlanma qaydasına əməl olunmayan saqqız məhsulları aşkarlanmayıb. “Dirol” əmtəə nişanlı saqqız məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticələrinə əsasən həmin saqqız məhsulunda uyğunsuzluq aşkarlanmayıb.

Məktəbin yeməkxanasında aparılan yoxlama zamanı təqdim edilən qida məhsullarının isə saxlanma və yararlılıq müddətinə riayət edildiyi müəyyən olunub”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, hadisə dekabrın 11-də baş verib. Zəhərlənmə şikayəti ilə 5 nəfər (oğlan) Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına, 3 nəfər (oğlan) isə Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərildikdən sonra müalicə üçün evə buraxılıblar. (Qafqazinfo.az)
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO