Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Hazırda oxunan: Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

586184

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından VƏFAT EDİB


Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməsi müəyyənləşib.

Belə ki, dekabrın 17-si saat 20 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin halı qəfil pisləşib. Hadisə vaxtı onun yanında qardaşının da olduğu bildirilib.

İlkin məlumata görə, M. Fəttayev ürək çatışmazlığından həyatını itirib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO