AZAL-dan YENİLİK: Sərnişinlər yan oturacağı əvvəlcədən bloklaya biləcəklər - VİDEO

AZAL-dan YENİLİK: Sərnişinlər yan oturacağı əvvəlcədən bloklaya biləcəklər - VİDEO

Hazırda oxunan: AZAL-dan YENİLİK: Sərnişinlər yan oturacağı əvvəlcədən bloklaya biləcəklər - VİDEO

586177

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. Artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən “bloklaya” bilərlər.

Bizim.Media xəbər verir ki, yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkanı və geniş şəxsi məkan təmin edir.

Bu yenilik AZAL-ın müştəriyönümlü yanaşmasının, fərdiləşdirilmiş səyahət həllərinin genişləndirilməsi və sərnişin rahatlığının artırılması strategiyasının növbəti addımıdır. Xidmət yalnız ekonom sinif üçün keçərlidir, biznes sinif və “Extra Legroom” kateqoriyasına aid ekonom sinif yerlərə şamil edilmir.

Xidmətin tətbiqi qaydası:

– Aviabilet alındıqdan sonra sərnişinə uçuşdan bir neçə gün əvvəl yan oturacağı bloklamaq imkanı barədə elektron məktubla müraciət göndərilir. Eyni zamanda sərnişin azal.az veb-saytının “AZAL Upgrade” səhifəsi və ya “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq xidmətdən istifadə ilə bağlı öz təklifini edir.

– Uçuşdan əvvəl sərnişinə təklifinin qəbul olunub-olunmaması barədə məlumat göndərilir.

– Xidmətin dəyəri marşrutdan, uçuşun müddətindən və həmin anda təyyarənin doluluq səviyyəsindən asılı olaraq dəyişir.

– Xidmət yalnız boş yerlər mövcud olduqda aktivləşdirilir. Əgər reys tam dolu olarsa və oturacaq digər sərnişinə verilərsə, ödəniş avtomatik olaraq geri qaytarılır və sərnişinə bu barədə bildiriş göndərilir.

Xidmətin istifadəsinə dair videotəlimatı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO