Ürəyinə stent qoyulan müəllim təcili yardımın gec gəlməsinə görə dünyasını dəyişib? - VİDEO

Ürəyinə stent qoyulan müəllim təcili yardımın gec gəlməsinə görə dünyasını dəyişib? - VİDEO

Hazırda oxunan: Ürəyinə stent qoyulan müəllim təcili yardımın gec gəlməsinə görə dünyasını dəyişib? - VİDEO

586139

Bakının Qaradağ rayonunun Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında dünyasını dəyişib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Sevda müəlliməni illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlinin ölüm xəbərini də ilk qayınatası alıb.

Qeyd olunub ki, üç övlad anası olan müəllimənin ürəyində problem olub, bir müddət əvvəl ona stent qoyulub.

Yaxınları deyiblər ki, əməliyyatdan sonra onun sağlamlıqla bağlı heç bir şikayəti olmayıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə təcili yardım briqadasının hadisə yerinə gec gəlməsi iddiaları ilə razılaşmayıblar.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO