Müasir tədqiqatlar təsdiqləyir ki, mikroplastik demək olar ki, bütün məhsul kateqoriyalarında mövcuddur — içməli sudan və dəniz məhsullarından tutmuş meyvə, tərəvəz, şəkər və duza qədər.
Bizim.Media xəbər verir ki, onun hissəcikləri ətraf mühitdə və qida zəncirlərində toplanır ki, bu da problemi qlobal və insan sağlamlığı üçün potensial təhlükəyə çevirir.
Ən çox çirklənmiş məhsullar:
Duz — xüsusilə açıq mənbələrdən çıxarılan Himalay duzu;
Düyü — yuyulması mikroplastikin miqdarını 20–40% azaldır;
Qablaşdırılmış su — plastik butulkalar yüz minlərlə mikrohissəcik buraxır;
Dəniz məhsulları — panirli krevetlər və balıq çubuqları minlərlə hissəcik ehtiva edir;
Bitki mənşəli məhsullar — alma, kök və vegeterian naqqetslər;
Çay paketləri — Bir fincanında milyardlarla mikrohissəciyin ayrılmas sürətlənir;
Şəkər — çirklənmə istehsal mərhələsində baş verir.
Mikroplastikdən tamamilə qaçmaq mümkün olmasa da, mütəxəssislər aşağıdakıları tövsiyə edirlər:
plastik qablaşdırmadan istifadənin minimuma endirilməsi;
su üçün filtr seçilməsi;
şüşə və ya metal qabların üstün tutulması;
məhsulların diqqətlə yuyulması;
emal olunmuş məhsulların istehlakının azaldılması.
Alimlərin fikrincə, daha diqqətli seçim və gündəlik məişət tədbirləri mikroplastikin insan orqanizminə təsirini əhəmiyyətli dərəcədə azalda bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:59 / 17.12.2025
Mikroplastik tərkibli MƏHSULLAR: Bunlardan uzaq durun...
Hazırda oxunan: Mikroplastik tərkibli MƏHSULLAR: Bunlardan uzaq durun...
Hazırda oxunan: Mikroplastik tərkibli MƏHSULLAR: Bunlardan uzaq durun...
586110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































