HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTO

HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTO

Hazırda oxunan: HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTO

586108

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində olaraq şəxsi heyətlə görüşüb, xidməti-döyüş fəaliyyətini və qışa hazırlıq işlərinin keyfiyyətini yoxlayıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
 

Şəxsi heyətlə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.


HHQ komandanı tədris müddətində döyüş hazırlığı və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah-texnikaların praktiki mənimsənilməsi məqsədilə təlim və məşqlərin intensivliyinin, eləcə də keyfiyyətinin artırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO