46 yaşlı müəllim məktəbdə vəfat etdi

46 yaşlı müəllim məktəbdə vəfat etdi

Hazırda oxunan: 46 yaşlı müəllim məktəbdə vəfat etdi

585991

Bakıda orta məktəblərin birində müəllim vəfat edib.

Bizim.Media xəbər verir ki, hadisə dekabrın 16-sı saat 12 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib.
 

Orada ibtidai sinif müəllimi işləyən qəsəbə sakini 1979-cu il təvəllüdlü Sevda Qismət qızı Həsənovanın halı qəfil pisləşib.


Təcili tibbi yardım çağırılsa da, S. Həsənovanın dünyasını dəyişdiyi məlum olub. İlkin məlumata görə, 46 yaşlı müəllim ürək çatışmazlığından həyatını itirib.

Araşdırmalar aparılır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO