2026-cı ildə işsiz qala biləcək şəxslər açıqlandı

2026-cı ildə işsiz qala biləcək şəxslər açıqlandı

Hazırda oxunan: 2026-cı ildə işsiz qala biləcək şəxslər açıqlandı

585953

İqtisadiyyatın rəqəmsallaşması və süni intellektin inkişafı biznes mühitini sürətlə dəyişir.

Bizim.Media xəbər verir ki, "Edtech" platforması Defin və AIM-in rəhbəri Natalya İvanovanın sözlərinə görə, ən çox risk altında olanlar təkrarlanan rutin işlərlə məşğul olan orta səviyyəli ofis işçiləri və junior IT mütəxəssisləridir.

Bu sahələrdə işlər artıq avtomatlaşdırıla bilir.

Əvəzində əl işinə əsaslanan peşələr ( elektrik, santexnik və təmir ustaları ) daha çox tələb olunacaq, çünki onları robot və alqoritmlərlə əvəz etmək çətindir.

Ekspert işsiz qalmamaq üçün tövsiyələr verib.

Süni intellektdən istifadə edərək rutin işləri avtomatlaşdırmaq, vaxtı daha mürəkkəb və yaradıcı işlərə ayırmaq.

Çoxşaxəli bacarıqlar qazanmaq - məsələn, əsas peşəyə əlavə olaraq analitika, dizayn və ya layihə idarəçiliyi öyrənmək.

Kommunikasiya və özünü düzgün təqdim etmə bacarıqlarını inkişaf etdirmək, nailiyyətləri və planları rəhbərliyə açıq şəkildə göstərmək.

Proaktiv olmaq - tələb olunan işdən bir qədər artıq iş görmək, məsələn, sadəcə hesabat hazırlamaqla kifayətlənməyib əlavə analiz təqdim etmək.

İvanova qeyd edir ki, aktiv və inkişaf etməyə hazır işçiləri heç bir rəhbər işdən çıxarmaq istəməz. İndi ilin sonu olduğu üçün bu, özünüzü göstərmək və gələn il üçün planlarınızı paylaşmaq üçün yaxşı fürsətdir. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO