Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Hazırda oxunan: Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

585936

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb.
 

Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb.


Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 17:30 radələrindəTəcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO