Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Hazırda oxunan: Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

585929

Ötən gün Balakəndə baş verən qəzada yaralanan daha bir nəfər ölüb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, ağır qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
 

MÖVZU İLƏ BAĞLI: 

Balakəndə AĞIR QƏZA: 4 yaralı var


Qeyd edək ki, yol-nəqliyyat hadisəsi rayonun Talalar kəndi ərazisində olub. Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106”nın sürücüsü 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO