"On numara" ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlandı - FOTO

"On numara" ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlandı - FOTO

Hazırda oxunan: "On numara" ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlandı - FOTO

585911

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 42C ünvanında fəaliyyət göstərən "On numara" ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.

Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, istehlaka təqdim edilən dönərlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı, əvvəlki gün bişirilmiş dönərin yenidən isidilərək istehlaka verilməsi məqsədilə dondurucuda saxlanıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən xammaldan istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi və soyuq qəlyanaltıların saxlanma rejiminin normativ tələblərə cavab vermədiyi aşkarlanıb. Bundan əlavə, zərərvericilərin mətbəx sahəsinə daxil olmasının qarşısını almaq üçün tədbirlərin görülmədiyi məlum olub.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Nöqsanlar aradan qaldırılanadək soyuq qəlyanaltıların emalı sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO