Elektron siqaretdən istifadə ilə bağlı QORXUNC STATİSTİKA

Elektron siqaretdən istifadə ilə bağlı QORXUNC STATİSTİKA

Hazırda oxunan: Elektron siqaretdən istifadə ilə bağlı QORXUNC STATİSTİKA

585871

“ÜST ilk dəfə bu ilin oktyabrında elektron siqaretlərlə bağlı həyəcan təbili çalıb. Tütün istifadəsi son 20 ildə 30 faiz azalıb. Lakin elektron siqaretlərin artması sanki bu tütün epidemiyasına başqa profilə, yeniyetmələrə təqdim edir”.

Bizim.Media xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.

“Narahatedici məqamlardan biri odur ki, bu ilin məlumatına əsasən, dünyada 100 milyondan artıq insan elektron siqaret istifadə edir, 15 milyonu isə 14-18 yaş arası yeniyetmələrdir.

Böyüklərə nisbətdə yeniyetmələr arasında elektron siqaret istifadəçilərinin sayı 9 dəfə çoxdur. 16 mindən artıq elektron siqaret var ki, üzərində cizgi filmləri personajları istifadə etməklə yeniyetmələri və ya tərkibindəki dadlandırıcılarla qadınları hədəfləyir. Bir çox dünya influenserləri tərəfindən həyat tərzi kimi təqdim edilir”, - deyə qurum rəsmisi qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO