“Tütün məmulatları, tütün məmulatlarının istifadəsinin məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim bir neçə qanunlarımız var. Təəssüflər olsun ki, qanunlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl qanun olsa da, onun işləməsi haqqında bu sözləri deyə bilmirik. Xüsusilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunumuz demək olar ki, işlənilmir. Qanunun işləməsinə nəzarət edən qurumlar da buna kifayət qədər nəzarət etmirlər.
Bizim.Media xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
“Məktəblərin lap yaxınlığında köşklər qoyulub və siqaretlər satılır. Hətta dənə-dənə satılır.
Bunlar hamısı qanunun ciddi şəkildə pozulmasıdır”, - deyə deputat bildirib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:47 / 16.12.2025
Deputat: Məktəblərin yaxınlığında köşklər qoyulub, dənə-dənə siqaretlər satılır
Hazırda oxunan: Deputat: Məktəblərin yaxınlığında köşklər qoyulub, dənə-dənə siqaretlər satılır
Hazırda oxunan: Deputat: Məktəblərin yaxınlığında köşklər qoyulub, dənə-dənə siqaretlər satılır
585857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































