Fazil Mustafa: “Bəzən vətəndaşların sağlamlığı müəyyən qazancdan imtina etməyə zərurət yaradır”

Fazil Mustafa: “Bəzən vətəndaşların sağlamlığı müəyyən qazancdan imtina etməyə zərurət yaradır”

Hazırda oxunan: Fazil Mustafa: “Bəzən vətəndaşların sağlamlığı müəyyən qazancdan imtina etməyə zərurət yaradır”

585854

“ÜST-ün məlumatına görə, 13-15 yaş aralığında uşaqların 15 faizi elektron siqaretdən istifadə edir. Azərbaycanda da xüsusilə, qadınlar arasında bu məmulatların istifadəsi daha da yayqınlaşmağa başlayır. Bu da siqaret çəkməyə keçid üçün vasitə yaradır. İlkin formada əyləncə üçün nəzərdə tutulan vərdiş sonradan siqaret və narkotikə keçid üçün əsas yarada bilir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

Deputat bildirib ki, başlıca hədəf gənclərin nikotin alışqanlığının qarşısını almaqdır.

“Bu cür dəyişiklik Avropa ölkələrinin bir qismində həyata keçirilib. Bu yaxınlarda Özbəkistanda bu məsələ öz həllini tapdı. Bir sıra ölkələrdə bununla bağlı qanunvericilik qəbul edilir. Bunu aksiz siyahısından çıxarmaq da nəzərdə tutulub. Dövlətin gəlir götürdüyü sahə olsa da, vətəndaşların sağlamlığı üçün bəzən müəyyən qazancdan da imtina etməyə zərurət yaradır.

Belə bir addımın atılması cəmiyyət tərəfindən anlayışla qarşılanacaq. Bu məsələdə bizim təşəbbüsə həssaslıqla yanaşan Milli Məclisin sədrinə və deputatlara təşəkkür edirəm”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO