İl yarım öncə anasını itirən üç körpə bu gün də ATASIZ qaldı – Dəhşətli HƏYAT HEKAYƏSİ

İl yarım öncə anasını itirən üç körpə bu gün də ATASIZ qaldı – Dəhşətli HƏYAT HEKAYƏSİ

Hazırda oxunan: İl yarım öncə anasını itirən üç körpə bu gün də ATASIZ qaldı – Dəhşətli HƏYAT HEKAYƏSİ

585825

Bir neçə gün əvvəl Goranboy rayonu ərazisində qəzaya düşən Yevlax rayonunun Tanrıqulular kənd sakini, 45 yaşlı Babək Yəhya oğlu İsmayılov bu gün dünyasını dəyişib. O, bir neçə gün idi ki, Mingəçevir Şəhər Xəstəxanasında komada idi.

Bizim.Media-nın yerli bürosu faciəli şəkildə həyatını itirən mərhumun həm də çox dəhşətli həyat
hekayəsi olduğunu öyrənib.

Belə ki, il yarım öncə onun həyat yoldaşı intihar edib. İntihar edən zaman onların azyaşlı 3 övladı olub.

Ana dünyasını dəyişəndə evin son beşiyi - Nilay yaş yarımlıq, südəmər körpə olub. Anasının ölümündən sonra hər 3 körpəyə atası Babək baxıb. Kənd sakinlərinin sözlərinə görə, ata hara getsə, kiçik övladını da özü ilə bərabər aparırmış. Qəza zamanı da balaca Nilay avtomobildə olub və alın nahiyəsindən yüngül xəsarət alıb.

Nilayı anası rəhmətə gedəndən sonra atası qohumdan-əqrəbadan süd daşıyaraq böyüdüb və bu gün dəhşətli qəza səbəbindən üç azyaşlı körpələr hər iki valideyinsiz qalıb... Həyatın acı reallığı...

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO