Bu şəxslər rüsumdan AZAD EDİLİR

Bu şəxslər rüsumdan AZAD EDİLİR

Hazırda oxunan: Bu şəxslər rüsumdan AZAD EDİLİR

585807

Şəhid ailələri və müharibə əlilləri əmlaka mülkiyyətin qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad ediləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə ipotekanın dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu tutulmayacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO