Həmin 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxarılıbmış... – FOTO

Həmin 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxarılıbmış... – FOTO

Hazırda oxunan: Həmin 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxarılıbmış... – FOTO

585805

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı hadisənin bəzi detalları məlum olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü qız altıncı sinifdən məktəbdən çıxarılıb.

Anası Elnarə Ələsgərovanın sözlərinə görə, qızının təhsildən kənarda qalmasına səbəb ailənin
maddi sıxıntılarının olmasıdır:

“Qızımın toyu olmayıb. Kafelərin birində sadəcə “həri” mərasimi keçirilib. Övladımı oxuda bilməmişəm, buna səbəb imkanımın olmamasıdır”.
 

Qeyd edək ki, ötən gün Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Onu özündən 19 yaş böyük - 1992-ci il təvəllüdlü Firdovsi Abbasovla evləndirmək istəyiblər. Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Qıza toy edən şəxsin ögey atası olduğu müəyyənləşib.


Məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilən şəxs isə bəyin atası Fizuli Abbasovdur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO