Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi

Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi

Hazırda oxunan: Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi

585804

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən şikayət təmin olunmayıb.

Qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.

Əjdər Ol 2023-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayəti geri götürüb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO