Deputatdan toylarla bağlı ETİRAZ: “Tonlarla kabab zibilə atılır, səsdən qulaq tutulur”

Deputatdan toylarla bağlı ETİRAZ: “Tonlarla kabab zibilə atılır, səsdən qulaq tutulur”

Hazırda oxunan: Deputatdan toylarla bağlı ETİRAZ: “Tonlarla kabab zibilə atılır, səsdən qulaq tutulur”

585797

“Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var.

Şadlıq evlərinin əksəriyyəti səsi udan akustik materiallarla təchiz olunmayıb. Nəticədə valideynlər, yaşlı insanlar, hətta uşaqlar saatlarla yüksək səsə məruz qalır.

Musiqi xadimləri də məcbur olub səsi artırır, çünki zal akustikası zəifdir; bu isə qulaq tutulmasına, baş ağrılarına, uzunmüddətli eşitmə problemlərinə səbəb olur. Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir. Dünyanın bir çox ölkəsində toyun keçiriləcəyi zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtük ilə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur, nəticədə musiqinin səsi 100–110 dB həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün təhlükəlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat təklif edib ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında akustik standartlar məcburi olsun:

“Səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səsizolyasiya dövlət standartının bir hissəsinə çevrilsin. Bununla həm sağlamlıq qorunar, həm musiqi daha keyfiyyətli səslənər, həm də toylarımız mədəniyyət və rahatlıq baxımından dünya səviyyəsinə çatmış olar. Şadlıq evləri beynəlxalq standartlara uyğunlaşmalıdır”.

Deputatın fikirlərinə münasibət bildirən həmkarı Aqil Abbas isə bildirib ki, heç birş şeyə qadağa qoymaq mümkün deyil:

"Yas və toylarla bağlı nə qədər fərman çıxarsaq da, toy həmin toy olacaq. İstəyirsən özümüzü öldürək, istəyirsən qadağa qoyaq. Mən də istəmərəm toylarda səs-küy olsun. Ona görə toya gedəndə musiqi çalınanda çıxıb foyedə otururam".

Milli Məclisin sədri Sahibə Qafarova insanları toy mədəniyyəti ilə bağlı maarifləndirmək lazım olduğunu vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO