Bakıda “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlamışdılar – Birinə hökm oxundu

Bakıda “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlamışdılar – Birinə hökm oxundu

Hazırda oxunan: Bakıda “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlamışdılar – Birinə hökm oxundu

585794

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən dəstənin üzvü - Kamran Rzayevin məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K.Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu dəstənin digər üzvləri - Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi ayrıca icraatda aparılıb.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok”dakı hesabında kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan mərhum “Qanuni oğru” Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələrin yer aldığı video paylaşıb.

Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Onlar Nəzirxanı Zabrat qəsəbəsi ərazisində “Qazel” markalı avtomobilin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, daha sonra toyuq hininə salıblar.

Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli gəlinlik paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsini tələb edib, üzr videosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar. Təqsirləndirilən şəxslərdən biri 2007, digəri isə 2008-ci il təvəllüddür. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO