Dekabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.
Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 sm-dir.
Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir.
Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:03 / 16.12.2025
Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
585769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































