Sabiq baş prokuror Zakir Qaralova ağır itki üz verib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, onun qardaşı Tahir Qaralov vəfat edib.
Məlumata görə, T.Qaralov bir neçə saat öncə Gürcüstanın paytaxtı Tbilisidə dünyasını dəyişib.
Xatırladaq ki, Z. Qaralov 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olub.
Bizim.Media































































































