Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Qeyd edək ki, ötən il oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 31 yaşlı Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 36 yaşlı Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 04.02.2022
Bakıda arvadını məftillə boğub öldürən şəxsin istintaqı başa çatdı
Hazırda oxunan: Bakıda arvadını məftillə boğub öldürən şəxsin istintaqı başa çatdı
Hazırda oxunan: Bakıda arvadını məftillə boğub öldürən şəxsin istintaqı başa çatdı
58563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.