Avropa İttifaqına daxil olan ölkələrin son dövrlər atdığı addımlar belə deməyə əsas verir ki, “köhnə qitə” Rusiya ilə müharibəyə hazırlaşır.
Onlar bir tərəfdən, hərbi büdcələrini artırır, digər tərəfdən daha müasir silahlar əldə etməyə çalışırlar. Digər tərəfdən də, şərqdən olacaq təhlükənin qarşısını almaq üçün Rusiya ilə sərhəddə yerləşən ölkələr beton bunkerlər quraşdırırlar.
MÖVZU İLƏ BAĞLI:
Kəşfiyyat məlumatları İFŞA OLDU - Rusiya bu tarixdə Avropaya HÜCUM EDƏCƏK – SENSASİON DETALLAR
Artıq Estoniya da bu istiqamətdə addım atmağa başlayıb. Məlumata görə, bu ölkənin cənub-şərqində -Rusiya sərhəd xətti boyunca ilk beton bunkerlər quraşdırılır. Estoniya rəsmilərinin dediyinə görə, ilin sonunadək 28 belə beton bunker quraşdırılacaq.
Qeyd olunur ki, ümumiyyətlə NATO-nun şərq cinahının möhkəmləndirilməsi üçün 600 bunkerlik müdafiə şəbəkəsi yaradılmalıdır.
Onu da bildirək ki, Avropa İttifaqı Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin müharibə ilə hədələməsinə rəğmən artıq Rusiya aktivlərinin müddətsiz dondurulması ilə bağlı qərar qəbul edib. Ardınca da sərhəddə müdafiə məqsədilə beton bunkerlər quraşdırırlar.
Avropa İttifaqı Rusiya aktivlərini müddətsiz dondurması fonunda müharibəyə hazırlaşır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, müdafiə istiqamətində atılan addımlar Aİ-nin müharibəyə hazırlaşdığına işarədir:
“Avropa birmənalı şəkildə müharibəyə hazırlaşır. NATO-nun baş katibi də bildirdi ki, ciddi-cəhdlə müharibəyə hazırlaşırlar. Cərəyan edən proseslər NATO ilə Rusiya arasıda müharibənin qaçılmaz olduğunu göstərir.
2030-cu ildə NATO-Rusiya müharibəsi gözlənilir.
Bu proses uzağı 2030-cu ildə baş verəcək. NATO Ukrayna ərazisində 3 xətli müdafiə qurğuları yaradır. Bu işdə Böyük Britaniya və Fransa aktiv rol oynayır”.
Rüfət Sultan, Bizim.Media




































































































